Qidaların tərkibində olan bəzi vitaminlər siqaretə olan həvəsi azaltmağa kömək edir.
Foodinfo.az xəbər verir ki, Go Smoke Free şirkətinin mütəxəssisləri sizə pəhrizinizin köməyi ilə pis vərdişdən necə qurtulacağınızı söyləyirlər.
Maqnezium. Mineral stress səviyyəsini və narahatlığı azaldır. Tam taxıllarda, qoz-fındıq və toxumlarda olur.
Tirozin. Bu amin turşusu bədənimizdə xoşbəxtlik hormonu olan dopamin istehsalı ilə əlaqələndirilir. Toyuq, tofu, badam və kəsmikdə olur.
Vitamin C. Bədənin və hüceyrələrin, əsasən, siqaretin səbəb olduğu oksidləşdirici stresin öhdəsindən gəlməsinə kömək edir. Bolqar bibəri, portağal, quava, kivi, manqo və papaya, itburnu vitaminlərlə zəngindir.
Omeqa-3. Yağ turşusu siqaretin səbəb olduğu iltihabı azalda bilən antiinflamatuar xüsusiyyətlərə malikdir. Omeqa-3-ün əsas mənbəyi yağlı balıqlardır.
Vitamin E: Bu, siqaret səbəbiylə tükənən başqa bir vitamindir. Onun mənbələrinə avokado, balqabaq və badam daxildir.
Leyla