Üzdəki sızanaqlardan qurtulmaq çətin ola bilər, lakin olduqca maraqlı bir yol var. Foodinfo.az xəbər verir ki, bunu Harvard Universitetində şura tərəfindən sertifikatlaşdırılmış dermatoloq və dosent Abigail Waldman deyib.

O, dəri problemi olan insanlara üzlərini adi kəpək əleyhinə şampunla yumağı tövsiyə edib.

 

Head and Shoulders və ya Nizoral kimi kəpəyə qarşı şampunlar dəridə yağlı, qırmızı dəriyə (dermatit) və alında qabarlara (göbələk sızanaqlarına) səbəb olan göbələkləri azaldır.

İstifadədən sonra şampun su ilə çox yaxşı yuyulmalı, sonra üzə yaxşı nəmləndirici sürtülməlidir.

Nurlan