Bildiyiniz kimi, "bitcoin” hər hansı bir mərkəzi bankla və ya rəsmi bir qurumla əlaqəsi olmayan virtual valyutadır. İlk dəfə 2008-ci ildə ortaya çıxan bu virtual valyutanın Satoşi Nakamoto adlı şəxs tərəfindən hazırlandığı deyilir. Sonuncu "bitcoin"in isə maynerlər tərəfindən 2140-cı ildə tapılacağı proqnozlaşdırılır. Bundan sonra onlar üçün yeganə gəlir mənbəyi tranzaksiyalar olacaq.

 Foodinfo.az xəbər verir ki, bu barədə ABŞ-ın "Nasdaq" fond birjasında bildirilir.

Məqalədə xatırladılır ki, Satoşi Nakamoto 21 milyon "bitcoin"dən ibarət aşılmaz, qəti hədd təyin edib və hazırda onun 19 milyondan çoxu tapılıb.

Maynerlərin iki qazanc yolu var: yeni blok mükafatları və tranzaksiyalardan yığılan məbləğ. Blokçeynə əlavə edilən hər yeni blok üçün onlar 6,25 "bitcoin" alırlar, lakin bu “mükafat” zamanla azalır.

""Bitcoin"i idarə edən alqoritm elə qurulub ki, hər on dəqiqədən bir "bitcoin" blokçeyninə yeni blok əlavə edilir və həmin bloku təsdiqləyən və əlavə edən mayner blok mükafatı alır. Hazırda blok mükafatı hər blok üçün 6,25 "bitcoin"dir, bu o deməkdir ki, ki, hər gün 900 yeni "bitcoin" əlavə edilir. 210.000 blokdan sonra mükafat yarıya endirilir, buna "halving" deyilir. "Halving"in təsiri əhəmiyyətlidir, çünki maynerlər blok mükafatlarından əldə etdikləri gəlirlərinin yarısını dərhal itirirlər”, - deyə "Nasdaq" izah edib.