İsveçrə Federal Texnologiya İnstitutundan olan tələbələr ən son ixtiralarını - görmə qüsurlu insanlar üçün bələdçi ola biləcək robot iti təqdim ediblər.
Foodinfo.az xəbər verir ki, "RoboDog" adlanan cihaz avtonom naviqasiya ilə maneələrdən yan keçmək üçün süni intellektdən istifadə edir.
Maraqlıdır ki, ixtiraçılar canlı bələdçi itləri əvəz etməyə çalışmırlar. Onlar xilasetmə əməliyyatlarında daha qənaətcil variant və ya əlavə yardım təklif edirlər.
"RoboDog" ən son sensorlar və hesablama blokları ilə təchiz olunub ki, bu da ona effektiv şəkildə maneələri tanıyıb keçmək bacarığı verir.
Qeyd edək ki, "RoboDog" layihəsinin 2024-cü ildə Yaponiyada keçiriləcək beynəlxalq "dördayaqlı" robot yarışmasında iştirak edəcəyi planlaşdırılır. Bu, sistemin imkanlarını və güvənliliyini nümayiş etdirib, sınamaq üçün yaxşı bir fürsət ola bilər.