Son vaxtlar sosial şəbəkələrdə, eləcə də də mətbuatda uşaq və yeniyetmələrin böyüklər tərəfindən döyülməsinə dair xəbərlərə rast gəlirik. Bunun da səbəbləri az deyil.
Məsələn, azyaşlılara qarşı fiziki zorakılıqlar bəzi ailələrdə tərbiyə üsulu hesab edilir. Yəni həmin valideynlər düşünürlər ki, uşaqlarını döyməklə həm öz istəklərinə, həm də övladlarının şəxsiyyət kimi yetişmələrinə nail olacaqlar. Təbii ki, bunu da bütün ailələrə şamil etmək olmaz.
Ancaq bəzi valideynlər düşünmürlər ki, onların tərbiyə üsulu hesab etdikləri əslində bir şiddətdir. Bu da uşaqlarda ciddi psixoloji problemlərvə mənfi xarakterlər yarada bilər.
Şiddətin nəticələri isə elə də uzaqda deyil. Artıq yeniyetməlik dövründə xoşagəlməz fəsadlar ortaya çıxmağa başlayır.
Bu gün uşaqları belə hallardan qorumaq üçün qaynar xətlər mövcuddur. Yəni, şidətə məruz qalan azyaşlılar həmin nömrələrə zəng edib kömək istəyə bilərlər. Bu qaynar xətlərə edilən zənglər isə təəssüf ki, az deyil. 116-111 Uşaq Qaynar Xəttinin rətbəri Kəmalə Aşumovanın sözlərinə görə, xüsusilə son iki ildə müraciətlərin sayı artıb. Onların da içərisində 11-16 yaş aralığında olan uşaqlar çoxluq təşkil edir. Xidmət rəhbəri ciddi problemi olan uşaqların müraciətlərininAilə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə yönləndirildiyini bildirir.
Şiddətə məruz qalanazyaşlılarhəm də məişət zorakılığının qarşısının alınması üçün yaradılmış 860 nömrəli qaynar xəttə zəng edə bilərlər. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Elgün Səfərov deyir ki, fəaliyyətə başlamasından cəmi 1 il ötsə də, qaynar xəttə müraciət edən uşaqların da sayı az deyil.
Bu həssas məsələdə isə qanun daha sərtdir. Hüquqşünas Kamandar Hüseynov bildirir ki, uşaqların döyülməsi və ya hansısa zorakılıq hallarına qarşı müxtəlif cəza tədbirləri var.
Kamandar Hüseynov deyir ki, övladlarına qarşı dağa ağır zorakılıqlar törətmiş şəxslər hətta valideynlik hüququndan da məhrum edilə bilərlər.
Son xəbərlər
- Ən faydalı göbələk: Çox antioksidant ehtiva edir
- Bu qida ilə yuxu zamanı bədən "bərpa olunur" və cavanlaşır
- Bu məhsulu qışda ürək və qan damarlarının sağlamlığı üçün yemək lazımdır
- Hazır şorbalar ilə heç vaxt bu səhvlərə yol verməyin
- Axşam yeməyi üçün ən pis içkilər
- Bitki yağı nümunəsinin müayinəsi üzrə keçirilən laboratoriyalararası səriştəlilik sınağının nəticəsi məlum olub