Bəzi təbii qidalar beyinin fəaliyyətini stimullaşdıraraq yaddaş, diqqət və konsentrasiya qabiliyyətini xeyli artırır. Bu maddələr “nootrop qidalar” adlanır və beynin enerji səviyyəsini, hüceyrə sağlamlığını və öyrənmə bacarığını dəstəkləyir.
Foodinfo.az beyni gücləndirən 8 əsas qidanı təqdim edir:
1. Qaragilə – Güclü antioksidant təsiri sayəsində beyin hüceyrələrini oksidləşmədən qoruyur, yaddaşı gücləndirir.
2. Qoz – Omeqa-3 yağ turşuları və E vitamini ilə beyin fəaliyyətini aktivləşdirir, konsentrasiyanı artırır.
3. Kofein – Kofe və yaşıl çayda olan təbii stimulyator beyində oyanıqlığı və diqqəti artırır.
4. Balıq yağı (Omega-3) – Neyronların sağlamlığını qoruyur, öyrənmə və yaddaş funksiyasını yaxşılaşdırır.
5. Tünd şokolad – Flavonoidlər və kofein sayəsində beyin qan dövranını artırır, zehni çevikliyi gücləndirir.
6. Yaşıl yarpaqlı tərəvəzlər (ispanaq, kələm və s.) – Fol turşusu və K vitamini ilə sinir sistemini dəstəkləyir.
7. Yumurta – Xolin maddəsi sayəsində diqqət və yaddaşı gücləndirir.
8. Yaşıl çay – tərkibi ilə beyni sakitləşdirir, eyni zamanda fokuslanmanı artırır.
Qidalanma üzrə ekspertlər vurğulayırlar ki, bu qidaların müntəzəm istehlakı zehni yorğunluğu azaldır, stresslə mübarizəni asanlaşdırır və beyin sağlamlığını uzun müddət qoruyur.
Blanslı pəhrizlə yanaşı bu “nootrop” qidaların gündəlik rasiona daxil edilməsi zehni performansın zirvədə qalmasına və yaddaşın uzunmüddətli güclənməsinə şərait yaradır.






