Ekspertlər qarşıdakı illərdə xərçəng xəstəliyinin dünyada daha yayılmasını proqnozlaşdırırlar.
Foodinfo.az xəbər verir ki, bu barədə “Haber Türk” məlumat dərc edib.
Qeyd olunub ki, xəstəliyin 2020-ci illə müqayisədə 2040-cı ildə 55 faiz artması proqnozlaşdırılır.
ÜST-ün hesablamalarına görə, 2040-cı ilə qədər xəstəliyə illik 28 milyon insan tutulacaq. Beləliklə 2040-cı ilə qədər xəstələrin sayında 54,9 faizlik artım olacaq.
Kişilərdə bu artımın 60,6 faiz, qadınlarda isə 48,8 faiz olması gözlənilir.
Qeyd edək ki, 2020-ci ildə dünyada hər 6 ölümdən birinin səbəbi xərçəng olub.
Fərid