Kornel Universitetinin alimləri müəyyən ediblər ki, xroniki yorğunluq sindromu virus mənşəli ola bilər.
Foodinfo.az xəbər verir ki, həmin araşdırmanın nəticələri "PLOS Pathogens" jurnalında dərc olunub.
Mialgik ensefalomielit kimi də tanınan xroniki yorğunluq sindromu müxtəlif simptomlarla xarakterizə olunur. Məsələn, insan adi işlərini görə bilmir. Bu vəziyyət aylarla, hətta illərlə davam edir.
Alimlərin fikrincə, uzunmüddətli yorğunluğun səbəbi RNT tərkibli viruslar qrupuna aid enteroviruslar ola bilər. Xalq arasında öpücük xəstəliyi kimi tanınan infeksiya EBV (Epşteyn-Barr virusu) və digər herpes virusları xüsusi qeyd olunur.
Bununla yanaşı, digər mexanizmlər də xəstəliyə səbəb ola bilər: məsələn, mitoxondriya, tiroid hormonlarının aşağı səviyyədə olması və ya genetik dəyişikliklər.
Tədqiqatçılar xroniki yorğunluq sindromunun təbiətini öyrənməyə davam etmək niyyətindədirlər.