Yaponiya Səhiyyə Nazirliyinin araşdırması göstərib ki, ölkə üzrə kişilərin 37,5 faizi və qadınların 40,6 faizi gündə orta hesabla 6 saatdan az yatır. Bu həftə açıqlanan tövsiyyə hesabatı layihəsində Nazirlik yuxu müddətini və keyfiyyətini yaxşılaşdırmaq üçün böyüklərə gecə ən azı 6 saat yatmağı tövsiyə edib. Sözügedən hesabatda yuxu müddətləri "həyəcan verici" olaraq izah edilir və tövsiyə olunan yuxu müddəti yaş qruplarına görə dəyişir. Buna uyğun olaraq, 1-2 yaşlı uşaqlar üçün 11-14 saat, 3-5 yaşlı uşaqlar üçün 10-13 saat, ibtidai sinif şagirdləri üçün 9-12 saat, yuxarı sinif şagirdləri üçün 8-10 saat yuxu tövsiyə olunur.
Nazirlik həftə ərzində ictimaiyyətlə paylaşılan hesabatı ilin sonuna kimi yekunlaşdıracaq. OECD-nin 2021-ci ildə apardığı araşdırmada, Yaponiyada insanların orta hesabla 7 saat 22 dəqiqə yatdığı ortaya çıxıb. Bu göstərici 33 ölkə arasında ən qısa yuxu müddəti olub. Mütəxəssislər gündə 6-8 saat yuxunun böyüklər üçün ideal olduğunu iddia edirlər, çünki gündə 7 saat yatanların depressiya, xərçəng və ürək döyüntüsü kimi xəstəliklərdən əziyyət çəkmə ehtimalı azdır.