Səhər yeməyi günün ən vacib naharı sayılır və onun tərkibi gün boyu enerjinizə, əhvalınıza və hətta iş məhsuldarlığınıza birbaşa təsir edir. Yulaf isə naharın tərkibinə daxil edilməli ən faydalı qidalardan biridir. Təbii, ucuz və qida dəyəri yüksək olan bu məhsul sağlamlığını düşünən hər kəsin süfrəsində olmalıdır. 

Foodinfo.az hər səhər yulaf yeməyiniz üçün 7 əsas səbəbi təqdim edir:

1. Uzun müddət toxluq hissi verir

Yulafda yüksək miqdarda həll olunan lif, xüsusilə beta-glukan adlı maddə mövcuddur. Bu lif növü mədədə şişərək həcmini artırır və qidanın həzmini ləngidir. Nəticədə daha gec acırsınız, gün ərzində qəlyanaltılara ehtiyac azalır və bu da çəkinizi qorumağa kömək edir.

2. Qan şəkərini tənzimləyir

Tərkibindəki yavaş həzm olunan karbohidratlar və liflər sayəsində qan şəkərinin kəskin qalxmasının qarşısını alır. Bu xüsusiyyət onu şəkərli diabet riski olanlar və ya insulin müqaviməti ilə mübarizə aparanlar üçün ideal səhər yeməyi edir.

3. Ürək sağlamlığını qoruyur

Tədqiqatlar göstərir ki, müntəzəm yulaf istehlakı xolesterin səviyyəsinin, xüsusilə “pis” LDL xolesterinin azalmasına kömək edir. Beta-glukan lifləri xolesterini orqanizmdən atmağa dəstək olur və bu da ürək-damar xəstəlikləri riskini azaldır.

4. Həzm sisteminə müsbət təsir edir

Yulaf bağırsaqlar üçün faydalı olan prebiotik liflər ehtiva edir. Bu liflər bağırsaqlardakı “yaxşı” bakteriyaların qidalanmasına kömək edir və nizamlı həzm üçün əlverişli şərait yaradır. Qəbizlik və şişkinlik problemini aradan qaldırmağa kömək edir.

5. Zəngin vitamin və mineral mənbəyidir

Tərkibində maqnezium, dəmir, sink, B1 vitamini (tiamin), fosfor və manqan kimi vacib mikroelementlərlə doludur. Bu maddələr enerji istehsalı, sinir sistemi funksiyası və ümumi sağlamlıq üçün olduqca əhəmiyyətlidir.

6. Dəriyə faydalıdır

Bu qida təkcə daxili sağlamlıq üçün yox, həm də dəri üçün faydalıdır. Antioksidant və iltihabəleyhinə xüsusiyyətləri sayəsində dəridəki qızartıları, quruluğu və qaşınmanı yüngülləşdirə bilir. Elə bu səbəbdən yulaf ekstraktları bir çox təbii kosmetik vasitələrin tərkibində yer alır.

7. Hazırlanması asandır və fərqli dadlarda təqdim oluna bilər

Yulaf sürətli, pratik və saysız kombinasiya ilə hazırlana bilər. Süd və ya su ilə bişirib üstünə meyvələr, bal, darçın, toxumlar və ya qoz-fındıq əlavə etməklə həm dadlı, həm də balanslı bir yemək əldə edə bilərsiniz. Zövqə görə dəyişdirilə bilməsi onu monoton olmayan bir səhər seçimi edir.