Böyrəklər orqanizmin süzgəc sistemi kimi işləyən, zərərli maddələri süzən və sidiklə xaric edən həyati orqanlardır. Lakin qeyri-sağlam qidalanma, kifayət qədər su qəbulu və bəzi zərərli vərdişlər böyrəklərin fəaliyyətinə mənfi təsir göstərə bilər. Buna görə də böyrəklərin nizamlı fəaliyyətini dəstəkləmək üçün gündəlik qida rasionunuza bəzi təbii qidalar və içkilər əlavə etmək vacibdir.

Foodinfo.az medicina.az-a istinadla böyrəkləri təmizləyən bəzi qidaları təqdom edir:

1. Su

Böyrək sağlamlığının ən əsas dəstəkçisi sudur. Kifayət qədər su içmək toksinləri bədəndən asanlıqla çıxarmağa kömək edir və böyrək daşı riskini azaldır.

2. Cəfəri

Təbii sidikqovucu olan cəfəri böyrəklərin toksinlərdən təmizlənməsinə kömək edir. Cəfəri çayı kimi içildikdə daha təsirli ola bilər.

3. Limonlu su

Limonlu su böyrək daşlarının əmələ gəlməsinin qarşısını alır və orqanizmdə pH balansını dəstəkləyir. Səhər acqarına içildikdə detoks effekti yaradır.

4. Qarpız

Tərkibindəki yüksək su sayəsində qarpız böyrəkləri təmizləyən ən təzə meyvələrdən biridir. O, həm də təbii sidikqovucudur.

5. Alma

Antioksidantlarla zəngin olan alma böyrəklərdə iltihabla mübarizə aparır və həzm sistemini dəstəkləyərək toksinlərin atılmasına töhfə verir.

6. Zəncəfil və sarıkök

İltihab əleyhinə xüsusiyyətləri ilə tanınan bu iki ədviyyat böyrək funksiyalarını dəstəkləyir. Çay kimi içildikdə təbii təmizləyici rolunu oynaya bilər.