Zəncəfilin tərkibindəki gingerol maddəsi bədəni iltihabdan qoruyan güclü təbii komponentlərdən biridir. Bu maddə həm oynaqlardakı ağrını azaldır, həm də revmatoid artrit kimi xroniki xəstəliklərdə rahatlıq təmin edir. Foodinfo.az KP-yə istinadla xəbər verir ki, zəncəfil, iltihablı sitokinlərin ifrazını azaldaraq toxuma zədələnməsinin qarşısını alır. Bu bitki həmçinin qan dövranını stimullaşdırır və orqanizmdəki toksinlərin daha sürətli xaric olunmasına şərait yaradır.

Soyuqdəymə, öskürək və boğaz ağrısında zəncəfil çayı qədim xalq təbabətinin sınanmış vasitələrindəndir. Tərkibindəki təbii antibakterial və antiviral komponentlər mikroblara qarşı sipər çəkir. Həm də həzm sistemini rahatladır, ürəkbulanma və köpü azaldır. Gün ərzində 1-2 fincan təzə dəmlənmiş zəncəfil çayı orqanizmə rahatlıq və balans gətirir. Zəncəfilin metabolizmanı sürətləndirmə qabiliyyəti də arıqlamaq istəyənlər üçün əlavə üstünlükdür.

Onu limon və bal ilə birləşdirmək həm təsiri gücləndirir, həm dadını zövqlü edir. Bəzən bir ovuc təbiət, bir qab dərmandan daha təsirlidir – zəncəfil də bunun bariz nümunəsidir.