Ağız dişlərinin (müdriklik dişlərinin) çıxması çox vaxt ağrı, şişkinlik və narahatlıqla müşayiət olunur. Foodinfo.az “NEWS.ru” saytına istinadla xəbər verir ki, bu barədə cərrah-stomatoloq Nadejda Patlataya məlumat verib.
Mütəxəssisin sözlərinə görə, müdriklik dişləri artıq formalaşmış sümük toxumasının içindən çıxmağa çalışdığı üçün bu proses uzun və ağrılı keçir. Bəzi hallarda orqanizmin reaksiyası nəticəsində bədən hərarəti də arta bilər.
Stomatoloq vəziyyəti yüngülləşdirmək üçün ağız boşluğunu mütəmadi olaraq antiseptik məhlullarla — məsələn, xlorgeksidin və ya miramistinlə qarqara etməyi tövsiyə edib. Güclü ağrı olduqda isə ağrıkəsici və ya iltihabəleyhinə dərman qəbul etmək mümkündür.
Lakin mütəxəssis xəbərdarlıq edir ki, bu üsullar yalnız müvəqqəti rahatlıq yaradır. Əgər şişkinlik, ağrı və hərarət artmaqda davam edərsə, dərhal diş həkiminə müraciət etmək lazımdır.






