Dondurucuda yeməklər də xarab ola bilər. Ümumiyyətlə, hər şeyi dondurmaq olmaz. Foodinfo.az Ferra.ru-ya istinadən xəbər verir ki, bu barədə bir neçə mif var.
Mif №1: Bütün qidaları dondurmaq olar. Əksər qidalar əslində dondurucuya yerləşdirilə bilər. İstisnalar salat, qaymaqlı souslar və qəhvədir. Mütəxəssislər konservləşdirilmiş və qabıqlı yumurtaları dondurmağı tövsiyə etmir.
Mif №2: Yeməyi dondurucuda əbədi saxlaya bilərsiniz. Ərzaq soyuducuda nə qədər uzun qalırsa, keyfiyyəti bir o qədər pis olur. USDA-nın tövsiyələrinə əsasən, şorba, bişmiş ət dondurucuda 2-3 ay, biftek, qovurma 4-12 ay, bişmiş quş əti 4 ay, çiy quş əti isə 2-3 ay saxlanıla bilər. Onların vakuumla doldurulması da vacibdir.
Mif №3: Dondurma bakteriyaları öldürür. Sadəcə olaraq bu bakteriyaları hərəkətsiz edir, lakin onları məhv etmir.
Mif №4: Dondurulmuş qidalar təzə qidalardan daha az dəyər ehtiva edir. Reallıqda isə bunun əksi də ola bilər. Faydalı birləşmələri itirməmək üçün satın alındıqdan sonra mümkün qədər tez tərəvəz və ya meyvə yeyin. Onları buxarda bişirmək və ya mikrodalğada sobada bişirmək suda həll olunan vitaminlərin itkisini minimuma endirəcək.