Ayaq baxımı bədənimizin ən vacib, lakin diqqətdən kənarda qalan hissələrindən biridir. Ayaqlarımızın sağlamlığı gündəlik fəaliyyətimiz üçün çox vacibdir. Gün ərzində ayaqlarımızın məruz qaldığı bir çox faktorlar ayaqlarımızın zamanla yorğun və baxımsız görünməsinə səbəb ola bilər. Bununla belə, düzgün qulluq və təcrübələrlə ayaqlarımızı sağlam saxlaya bilərik.
Son illərdə ayaq baxımında bir çox fərqli üsul və məhsullar ortaya çıxıb. Bu üsullar arasında ən məşhuru limon istifadəsidir.
Foodinfo.az ayağa limon sürtməyin əvvəllər eşidilməyən 5 faydasını təqdim edir:
1. Ayaq qoxusunun qarşısını alır:
Limonun təbii antibakterial xüsusiyyətləri ayaq qoxusunun qarşısını alır. Limon suyu ayaqlarda olan bakteriyaları öldürür və pis qoxuların yaranmasının qarşısını alır.
2. Ayaqları nəmləndirir:
Limon suyu ayaqların nəm balansını qorumağa kömək edir. Ayaqların qurumasının qarşısını alır və yumşaqlıq hissi verir.
3. Limon ayaqların ağ görünməsinə səbəb olur. Ayaqlardakı ləkələri və rəng fərqlərini aradan qaldırmağa kömək edir.
4. Ayaq göbələyinin qarşısını alır:
Limonun antifungal xüsusiyyətləri sayəsində ayaq göbələyinin əmələ gəlməsinin qarşısını alır. Ayaqlarda qaşınma, qızartı və göbələk infeksiyası kimi problemlərin qarşısını almağa kömək edir.
5. Ayaqları dincəldir:
Limon suyu ayaqlarda ağrı və yorğunluğu aradan qaldırmağa kömək edir. Ayaqlara masaj edərək tətbiq edildikdə rahatlaşdırıcı təsir yaradır.