Azərbaycan və Özbəkistan üzümçülük və şərabçılıq sahəsində əməkdaşlıq edəcək.
Foodinfo.az xəbər verir ki, bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-dan məlumat verilib.
Məlumata görə, Daşkənddə keçirilən 1-ci Özbəkistan-Azərbaycan Regionlararası Forumu çərçivəsində Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Özbəkistanın Alkoqol və Tütün Bazarının Tənzimlənməsi və Şərəbçılığın İnkişafı Agentliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Sənədi AZPROMO-nun rəhbəri Yusif Abdullayev, Alkoqol və Tütün Bazarının Tənzimlənməsi və Şərəbçılığın İnkişafı Agentliyinin direktorun müavini vəzifəsini müvəqqəti icra edən Ənvər Ubaydullayev imzalayıblar.
Memorandum üzümçülük və şərabçılıq sahəsində əməkdaşlığı, o cümlədən investisiya layihələrinin inkişaf etdirilməsi və qarşılqlı tədarükün təşkilini nəzərdə turur.