Mətbəximizin vazkeçilməzləri arasında olan çay hər süfrənin olmazsa olmazıdır. Bəzi araşdırmalar çayın dəmlənməsi zamanı edilən səhvləri üzə çıxarıb. 

 Foodinfo.az xəbər verir ki, ölkəmizdə ən çox seçilən içkilərdən biri olan çay səhv dəmləndikdə bir çox xəstəliklərə səbəb olur. Edilən səhvlər xərçəngə qədər çox ciddi xəstəliklərin əsasını təşkil edir.

 Bitki çayları sağlamlığımız üçün çox faydalıdır, ancaq səhv dəmlənmiş çayla müxtəlif sağlamlıq problemlərini də dəvət edə bilərsiniz.

Çayın ağırlaşmaması və uzun müddət dayanması üçün dəmlənmiş çayı ocağın üstündə saxlamamağınız tövsiyə edilir. Bu, çayın acı olmasına səbəb ola bilər.

Bu səbəbdən çay yaxşıca dəmləndikdən sonra ocaqdan götürülməlidir. Əks halda, mədəyə, xüsusən də qastrit və xoralara zərər verə bilər.  

Çay dəmləyərkən və ya dəmləndikdən sonra yüksək hərarətə məruz qoyulmamalıdır. Yüksək temperaturda dəmlənmiş çay insan sağlamlığı üçün böyük təhlükə yarada bilər.

Daim yüksək istilikdə qaynamada olan çay gələcəkdə xərçəng xəstəliklərinə səbəb ola bilər. 

Çayı mütləq qaynadılmamış su ilə dəmləməlisiniz. Çaya həddindən artıq qaynadılmış su töküldükdə çayda bakteriya əmələ gələ bilər. Çayın acı dadı adətən bu səbəblərdən yaranır.