Dünya Bankının “qida təhlükəsizliyi” hesabatı yayılıb. Bu barədə Foodinfo.az Türkiyə KİV-ə istinadən xəbər verir. 


Hesabatda qeyd olunur ki, 2023-cü ilin yanvar ayının sonuna olan nəticələrə əsasən dünya ölkələri arasında ən yüksək inflyasiya Zimbabvedə (285 faiz) qeydə alınıb. İkinci pillədə Venesuela (148 faiz), üçüncü pillədə isə Livan (143 faiz) qərarlaşıb. 


İnflyasiya səviyyəsi 95 faizə çatan Argentina siyahıda 4-cü, 77 faizlə Türkiyə isə beşinci sıradadır. İlk onluğa həmçinin Qana, Şri-Lanka, Ruanda, Surinam və Haiti də daxil olub.

Nurlan