Nahar və ya şam yeməyi üçün kotlet bişirmək sadə məsələdir.
Ancaq yemək bişirməyə yeni başlayanlar yeməklərin həmişə iştahaaçan olmadığından şikayət edə bilərlər. Əlavə maddələrin köməyi ilə vəziyyəti düzəldə bilərsiniz.
Foodinfo.az bildirir ki, adətən daha zərif bir forma üçün, qiymə ətə soğan və çörək əlavə edilir. Ancaq belə məhsullar dəyişdirilə bilər.
Kotletə çuğundur, balqabaq, yerkökü və ya kələm əlavə etsəniz, yemək daha yumşaq olacaq. Tərəvəz çiy və ya bişmiş əlavə edilə bilər.
Bundan əlavə, kotletlər üçün doğranmış ətin içinə bir neçə xörək qaşığı xama və ya mayonez qoymaq yaxşı olar.

Nərmin