Mürəbbə meyvələri şəkərlə konsistensiya alana qədər qaynadılması nəticəsində alınan şirin məhsuldur. Mürəbbə səhər yeməyi süfrələrinin vazkeçilməz qidalarından biridir. O, həmçinin desertlər, pancake, peçenye və tortların hazırlanmasında da istifadə edilir. 

Mürəbbə növləri meyvənin növünə görə dəyişir. Mürəbbə demək olar ki, hər növ təzə meyvədən hazırlana bilər. Bəs, sulu konsistensiyaya malik olan mürəbbəni qatılaşdırmaq üçün nə etmək lazımdır?

 Foodinfo.az bu yazıda sulu mürəbbəni qatışılaşdırmağın yollarını təqdim edir:

Əvvəla, yadda saxlayın ki, mürəbbə soyuduqca daha da qatılaşır. Odur ki, otaq istiliyinə qədər soyuduqdan sonra tutarlılığını yenidən yoxlayın.

Əgər hazırlayarkən qatılaşmadığını görsəniz, qaynayan mürəbbəyə alma əlavə edin. Alma pektin rolunu oynayaraq mürəbbəni daha tünd və jele konsistensiyasına çevirir.

Bişirərkən əlavə edəcəyiniz limon suyu da konsistensiyanı saxlamağa kömək edəcək. Limon suyunu əlavə etdikdən sonra az odda mürəbbəni bişirməyə davam edin.

Başqa bir üsul günəşdə tutarlılığa qədər gözləməkdir. Bunun üçün mürəbbə qazanının üzərini təmiz bir parça örtüb günəşin altında qaralana qədər gözlədin.

Əgər günəşdə saxlaya bilmirsinizsə, mürəbbəni elektrik sobasına qoyun. Sobanın qapısını 100 dərəcə aşağı temperaturda açıb mürəbbəni qarışdırmaqla konsistensiyanı qatılaşdıra bilərsiniz.

Qatı bir mürəbbə əldə etmək istəyirsinizsə, ölçülərə mütləq əməl edin.

Mürəbbənin konsistensiyasını qatılaşdırmaq üçün bir az nişasta əlavə edib qarışdıra bilərsiniz.

Bu ləzzəti qidanın konsistensiyasını saxlaması üçün bişirdikdən sonra mütləq otaq temperaturundadincəldin.