Həm ləzzətli bir içki olaraq istehlak edilən, həm də sağlamlıq baxımından üstünlük verilən nar şirəsi yüksək təzyiq başda olmaqla bir çox sağlamlıq probleminə faydalıdır.
Foodinfo.az xəbər verir ki, bəzi araşdırmalar göstərir ki, nar şirəsində olan birləşmələr ürək-damar sağlamlığına müsbət təsir göstərir. Xüsusilə nar şirəsində olan polifenolların qan damarlarını genişləndirməyə kömək etdiyi və təzyiqin aşağı düşməsinə töhfə verdiyi bildirilir. Buna görə də nar şirəsinin müntəzəm istifadəsi yüksək təzyiq xəstələrinə təzyiqlərini nəzarətdə saxlamağa kömək edə bilər.
Nar şirəsi tərkibindəki antioksidantlar sayəsində bədəndəki sərbəst radikalların təsirini azaldır. Sərbəst radikallar hüceyrələrin zədələnməsinə və qocalmasına səbəb olur. Antioksidantlar bu sərbəst radikallarla mübarizə aparır və hüceyrələri sağlam saxlayır.
Ancaq xatırlamaq lazımdır ki, nar şirəsi tək başına yüksək təzyiqin müalicəsi üçün həll yolu deyil. Müalicə prosesində həkiminizin tövsiyələrini nəzərə almalı və dərmanlarınızı mütəmadi olaraq istifadə etməlisiniz. Nar şirəsi sağlam həyat tərzi və balanslı qidalanma ilə birlikdə istehlak edildikdə yüksək təzyiqi idarə etməyə kömək edə bilər.
Hər səhər acqarına nar suyu içmək orqanizmə güclü antioksidant dəstək verir. Tərkibindəki qida maddələri bədənin immunitet sistemini gücləndirməyə və maddələr mübadiləsini dəstəkləməyə kömək edir. Bundan əlavə, səhər acqarına istehlak edilən nar şirəsi həzm sistemini canlandıraraq həzm sağlamlığını yaxşılaşdırmağa köməkedir.