Böyürtkən zərif cinsin nümayəndələrinə müsbət təsir göstərdiyi üçün “qadın giləmeyvə”si hesab olunur. 

 Foodinfo.az bildirir o, həm menstruasiya ilə bağlı problemləri (ağrı, nizamsızlıq) olan qızlar, həm də menopauza keçirən qadınlar üçün faydalıdır. 

Mütəxəssislərin sözlərinə görə, böyürtkən sinir sisteminə də müsbət təsir göstərir, nevrozları sakitləşdirir, yuxunu yaxşılaşdırır, beynin işləməsinə kömək edir.

Bu giləmeyvə həm də hüceyrələri yaşla əlaqəli xəstəliklərdən qoruyur və əsl "cavanlaşdırıcı giləmeyvə"dir. Bundan əlavə, o, immun sistemini gücləndirir və maddələr mübadiləsini stimullaşdırır.

Böyürtkən kişilər üçün də faydalıdır. Fiziki işdən sonra əzələ ağrılarını aradan qaldırır, oynaqlarda iltihabın qarşısını alır. Bu giləmeyvə hətta prostat xərçənginin də profilaktikası üçün yaxşıdır.

Böyürtkən, həmçinin, aşağı kalorili olduğuna görə arıqlamaq istəyən insanlar üçün də faydalıdır. Onun 100 qramında cəmi 34 kkal var.