Qazlı suyun zərərləri məlumdur. Lakin bu su yoğun bağırsağın və ümumilikdə bütün orqanizmin sağlamlığına müsbət təsir göstərir.
Foodinfo.az xəbər verir ki, diyetoloq Sintiya əl-Həcc onun faydaları barədə danışıb.
Belə ki, qazlı suyun yoğun bağırsaq sağlamlığı üçün dörd faydası var.
İlk növbədə, həzmi yaxşılaşdırır, bağırsaq boşalmasına müsbət təsir göstərir. Bu, xüsusilə qəbizlik, mədə ağrısı, həzmsizlikdən əziyyət çəkən insanlar üçün aktualdır.
Qazlı suyun başqa bir üstünlüyü onun kalorisiz olmasıdır. Bu, arıqlamağa kömək edir.
Qazlı su toxluq hissi yaradır və siz adi su içdiyiniz zamana nisbətən daha az yemək istəyirsiniz.
Nəhayət, qazlı suyu qazlı içkilərə sağlam alternativ adlandırmaq olar. Bu, 2-ci tip diabet və piylənmənin yaranma ehtimalını azaltmağa kömək edəcək.
Qazlı suyun digər faydalarına aşağıdakılar daxildir:
1. həm ürək, həm də sümüklər daha sağlam olur,
2. orqanizm nəmlənir,
3. qazlı suya meyvə və tərəvəz əlavə etmək mümkündür,
4. qlükoza və xolesterin səviyyələri nəzarətdə saxlanılır,
5. ürək xəstəlikləri riski azalır,
6. narahat ayaq sindromu aradan qalxır.