Ənənəvi qızardılmış toyuq əvəzinə bildirçin hazırlamağı məsləhət görürük. Foodinfo.az sizə maraqlı və dadlı resepti təqdim edir:

Tərkibi:

Bildirçin – 4 ədəd

Soya sousu - 2 yemək qaşığı

Ağ şərab sirkəsi - 1 yemək qaşığı

Duz, bibər – zövqə görə

Zeytun yağı - 1-2 yemək qaşığı

Soğan - 1 əd.

Turş alma - 0,5 əd.

Bişirmə üsulu:

Bildirçinləri axan suyun altında yuyun və kağız dəsmal ilə qurudun. İç və çölünü du və istiotlayın.

Kiçik bir qabda soya sousu, şərab sirkəsi və zeytun yağını tökün və qarışığı bildirçin üzərinə sürtün. 1-2 saat saxlayın.

Sobaya qoymazdan əvvəl hər bildirçin qarnına bir alma dilimi qoyun.