Bir gün əvvəl bişirilmiş yeməklər işdən evə gəldikdə imdadınıza yetişə bilər, ancaq bəzi qidaları yenidən isitmək insan orqanizmində fəsadlara yol aça bilər.
Foodinfo.az “CNN Türk”ə istinadən xəbər verir ki, bu barədə türkiyəli dietoloq Muhammed Şahin bildirib.
Onun sözlərinə görə, otaq şəraitində soyuducuya qoymazdan əvvəl yeməklər çox sayda mikrobla təmas edir. Həmin mikroblar çox sürətlə çoxalır.
Elə yeməkləri isidərkən ilk dəfəki dadı verməməsinin səbəbi də bununla bağlıdır. Üstəlik həmin yeməkdəki mikroblar soyuducuda olan digər qidalara da keçə bilər.
Saxlanılıb təkrar isidilən qidalar histaminlə zəngindir. Yeməklə hər dəfə istiliyə məruz qaldıqda histaminin miqdarı da artır.
Bu cür yeməklərin istifadə olunması histamin balansının pozulmasına və baş ağrısı, burun tutulması, həzm sistemi problemləri, qaşınma kimi fəsadlara səbəb ola bilər.
Fərid