
Dəriyə qulluqda düzgün qidalanma çox önəmlidir. Foodinfo.az xəbər verir ki, amerikalı dermatoloq Dr. Lisa Nguyen “Medical News Today” saytına verdiyi açıqlamada omega-3 yağ turşuları, vitamin C və E ilə zəngin qidaların dərinin elastikliyini artırdığını bildirib.
Onun sözlərinə görə, somon balığı, qoz-fındıq və ispanaq kimi təbii məhsullar dəridə iltihabın azalmasına və qocalmanın gecikməsinə kömək edir. Dr. Nguyen həmçinin şəkərli və işlənmiş qidalardan uzaq durmağı tövsiyə edib, çünki onlar dəridə qızartı və sızanaq yarada bilər.
O, gündəlik qidalanmada müxtəlif rəngli tərəvəz və meyvələrin əhəmiyyətini vurğulayıb.