Saç tökülməsinin qarşısını almaq və saçların möhkəmlənməsini təmin etmək üçün bəzi qidaları pəhrizə əlavə etmək vacibdir. Foodinfo.az bildirir ki, bu barədə kosmetoloq-estetik və peşəkar kosmetik vasitələrin yaradıcısı Nataliya Ryabinova “Veçernyaya Moskva” qəzetinə müsahibəsində danışıb.

Onun sözlərinə görə, balıq və yumurta saçların sağlamlığı üçün olduqca faydalıdır. Balığın tərkibində omeqa-3 yağ turşuları, yüksək keyfiyyətli zülal, D vitamini və selen var ki, bu da saç follikullarını gücləndirir və yeni saçların çıxmasını stimullaşdırır.

Ryabinova bildirib ki, yumurta saç vitamini kimi tanınan biotinlə (B7) zəngindir. Bundan əlavə, yumurtada zülal, sink və selen kimi faydalı elementlər də mövcuddur.

Mütəxəssis qeyd edib ki, ispanaq və tünd rəngli göyərtilər də saç sağlamlığı üçün əhəmiyyətlidir. Bu qidalar baş dərisində qan dövranını yaxşılaşdıran dəmir elementi ilə zəngindir.

O vurğulayıb ki, düzgün balanslaşdırılmış qidalanma saç tökülməsinin qarşısını almaq və saçların möhkəmlənməsini təmin etmək üçün əsas şərtlərdən biridir.