Fındıq və badam kimi qoz-fındıq məhsulları ürək üçün faydalıdır. Foodinfo.az bildirir ki, bu məhsullar tərkibindəki doymamış yağ turşuları sayəsində ürək-damar xəstəliklərinin riskini azaldır. Hər gün kiçik miqdarda fındıq və ya badam yemək ürək sağlamlığını qoruyur.

Eyni zamanda bu məhsullar xolesterol səviyyəsini tənzimləyir və qan dövranını yaxşılaşdırır. Fındıq və badamda olan liflər bağırsaq hərəkətlərini normallaşdırır. Vitamin E və antioksidantlar cildin daha gənc görünməsinə kömək edir. Fındıqda olan maqnezium və kalsium əzələ funksiyalarını yaxşılaşdırır. Həddindən artıq istehlak edilərsə, yüksək kalorili olmaları səbəbindən çəki artımına səbəb ola bilər.

Həftədə bir neçə dəfə badam və ya fındıq yemək məsləhət görülür. Bu qoz-fındıq növləri qan şəkərinin tənzimlənməsində də rol oynayır. Şəkərli xəstəliklərin qarşısını almaq üçün çox faydalıdır.