Şəfa mənbəyi olan bal təbii olduğu zamanı orqanizmə faydalıdır.
Bəs balın təbii, yoxsa saxta olduğunu necə bilək?
Marketlərdə bal qablaşdırılan qabların üzərində "bal kodeksinə uyğundur" yazısının olmasına diqqət etməlisiniz. Bununla yanaşı, "tərkibi" hissəsində qlükoza, qlükoza siropu, fruktoza siropu, şəkər kimi maddələr olan baldan qaçın.
Bal alarkən diqqət etməli olduğunuz məqamlardan biri balın qoxusudur. Təbii balın qoxusu yoxdur. Balı iyləyərkən qoxu alırsınızsa, deməli saxtadır.
Saxta balın rəngi təbiii baldan fərqli olaraq daha açıq olur. Ancaq hər tünd rəngli bal da təbii deyil. Saxta bal istehsalçıları bəzi qatqı maddələri əlavə edərək balın rəngini tündləşdirə bilirlər.
İlıq suya baldan bir qaşıq qoyun və gözləyin. Bal təbiidirsə, suda olduğu kimi qalacaq, əks halda isə həll olacaq.
Bir ədəd çöp şişə pambıq keçirib bala batırın, daha sonra həmin çöpü yandırın. Əgər yanırsa, deməli aldığınız bal təbiidir. (Metbuat.az)
Son xəbərlər
- Ağ çörək 30 ildən sonra “sağlam qidalar” siyahısından çıxarıldı
- Alimlər qidada təhlükəli maddələri aşkar edən sensor hazırlayıb
- Stomatoloq mandarini necə düzgün yemək lazım olduğunu açıqladı
- Həkim çuğundur suyunun faydalı xüsusiyyətlərindən danışdı
- “Ammofos Gübrəsi”nin bitkilər üçün hansı faydaları var?
- Hansı qidalarla pendir yemək olmaz?