Çiy soğanın tərkibindəki vitamin, mineral və antioksidantlar orqanizm üçün çox faydalıdır. Çiy halda yeyilən soğan immun sistemini gücləndirir, qanın tərkibini təmizləyir və infeksiyalardan qoruyur.

Foodinfo.az xəbər verir ki, soğanın tərkibindəki C vitamini və quersetin bədəni virus və bakteriyalardan müdafiə edir. Kükürd tərkibli maddələr isə qanda “pis” xolesterinin səviyyəsini azaldır, damarları təmiz saxlayır və ürək-damar xəstəliklərinin qarşısını alır.

Bundan əlavə, çiy soğan həzm sistemini yaxşılaşdırır, bağırsaq fəaliyyətini tənzimləyir və iştahanı artırır.

Bəzi tədqiqatlara əsasən, çiy soğanın tərkibindəki birləşmələr insulinə bənzər təsir göstərərək qan şəkərini balansda saxlayır.

Çiy soğan antibakterial və antiviral xüsusiyyətlərə malikdir. Bu səbəbdən, xüsusilə soyuq aylarda onun gündəlik qidalanmaya daxil edilməsi tövsiyə olunur.

Lakin xəbərdarlıq edilir ki, çox miqdarda çiy soğan istehlak etmək mədə turşuluğunu artıra və narahatlıq yarada bilər. Mədə problemi olan şəxslərə az miqdarda yemək məsləhət görülür.