Dünyadaürəyin işemiya xəstəliyi nəticəsində baş verən ölüm hallarının 21 faizi tütündən istifadə ilə bağlıdır. Foodinfo.az ÜST-ə istinadla xəbər verir ki, bu, qarşısı alınması mümkün olan təxminən 2 milyon insanın ölümü deməkdir. Ekspertlər bildirirlər ki, tütün məmulatlarından istifadə, həmçinin passiv siqaretçəkmə orqanizmdə iltihab proseslərinə, vasokonstriksiyaya, yəni qan damarlarının lümeninin daralmasına, oksigen səviyyəsinin azalmasına, qan laxtalanmalarının əmələ gəlməsinə və nəticədə işemiya xəstəliyinin inkişafına səbəb ola bilər. Ürəyin işemiya xəstəliyi (ÜİX) ürəyin səthindəki koronar arteriyaların lümenində xolesterin və hüceyrə elementlərindən ibarət piy qatlarının - damarların daralmasına səbəb olan “blyaşeklərin” - əmələ gəlməsi səbəbindən yaranır. Buna görə də ürəyə oksigen ilə zənginləşdirilmiş qan axını azalır ki, bu da ürək tutmasına və ya ürəyin ciddi zədələnməsinə, hətta qəfil ölümə səbəb ola bilər ÜST xəbərdarlıq edir ki, bu proses çox vaxt uzun müddət ərzində inkişaf edir və bir çoxları öz vəziyyətləri barədə yalnız ağır infarkt keçirdikdən sonra xəbər tuturlar. Ürəyin işemiya xəstəliyi dünyada ölüm hallarının artmasının və əmək qabiliyyətinin itirilməsinin əsas səbəbləridir. Bu xəstəlik hər il 9,4 milyon insanın həyatına son qoyur. Mütəxəssislər həmçinin hesablayıblar ki, ÜİX-dən əzab çəkənlərin hər il itirdikləri sağlam həyat tərzinin bütün illərini bir araya gətirsək, bu ümumən 203 milyon “itirilmiş” ilə bərabər olacaq. ÜST-də bu qənaətdədilər ki, ürəyin işemiya xəstəliyini müalicə etmək mümkün olmasa da bu xəstəliyin gedişinə dərman vasitələri, terapevtik və cərrahi prosedurlar, həmçinin risk faktorları, o cümlədən siqaretçəkmə ilə mübarizə aparmaqla effektiv nəzarət etmək olar. Ölkələr bu sahədə bir sıra tədbirlər görə bilər. Məsələn, tədqiqatlar göstərir ki, tütün məhsullarına vergilərin artırılması və tütün məmulatının istehlakının azalması arasında birbaşa qarşılıqlı əlaqə mövcuddur. Kütləvi İnformasiya Vasitələrindəki tütün əleyhinə kampaniyalar əhalinin tütündən imtina etməsinə kömək edir. Bundan əlavə, hökumətlər ictimai yerlərdə siqaret çəkməyin qadağan edilməsi və siqaret satışının məhdudlaşdırılması haqqında qanunlar tətbiq edə bilərlər. Hindistanda 2013-cü ildə aparılmış araşdırma göstərir ki, tütün məmulatlarına qoyulan vergilərin və siqaretin qadağan edilməsi sahəsində qanunvericilik tədbirlərinin bir-biri ilə uyğunlaşdırılması 10 il ərzində 25 faizədək infarkt və insult hallarının qarşısını almağa kömək edir. ÜST mütəxəssisləri siqareti buraxdıqdan bir il sonra ürəyin işemiya xəstəliyi riskinin iki dəfə azaldığını, 15 il keçdikdən sonra isə ürək-damar xəstəliyinin inkişaf riskinin siqaret çəkməyən əhalinin analoji göstəricilərinə yaxınlaşdığını vurğulayırlar.