Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

Foodinfo.az xəbər verir ki, Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 20 ticarət müəssisəsi və 2 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 16 müəssisədə nöqsanlar müəyyən olunub. Bu müəssisələrdə qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 8, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 15, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbul ilə bağlı 6, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı nöqsan aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

Yoxlama nəticəsində nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:

Sahibkarlıq subyekti

Ünvan

Aşkar olunan nöqsanlar

Ticarət obyektləri

1

"Qəbələ" market

Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 131,
m. 74

1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi

2

"Real" market

Yasamal rayonu, H.Zərdabi küçəsi, ev 84

1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
3.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu

3

"Şok" market

4.Azərbaycan dilində markalanması olmayan məhsulların satışı

4

"Şahdağ" market

Yasamal rayonu, Ə.Əhmədov küçəsi, ev 38C

1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi

5

"Hermes" market

Nizami rayonu, M.Ə.Şərifli küçəsi 84

1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi

6

"Nərmin" market

Nizami rayonu, Q.Qarayev prospekti, ev 25, m. 6

1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
3.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu

7

"Cin" market

Nizami rayonu, Q.Qarayev pr., ev 25/6, m. 15

1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
3.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu

8

"Miki" market

Abşeron rayonu, Novxanı kəndi

1.Azərbaycan dilində markalanması olmayan məhsulların satışı
2.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
3.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi

9

"Musaküçə" market

Masallı rayonu, Musaküçə kəndi

Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi

10

Fəttayev Mirhazil Davud oğluna məxsus mağaza

Masallı şəhəri, H.Əliyev prospekti

Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi

11

"Cavid" market

Masallı şəhəri, H.Əliyev prospekti

Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi

12

"Etibar" market

Ağsu şəhəri, M.Vidadi küçəsi

1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
3.Azərbaycan dilində markalanması olmayan məhsulların satışı

13

"Fikrət" market

Ağsu şəhəri, M.Vidadi küçəsi

1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2. Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
3. Azərbaycan dilində markalanması olmayan məhsulların satışı

14

"Zeytun-7" aptek

Ağsu şəhəri, M.Vidadi küçəsi

Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması

İctimai iaşə müəssisələri

15

"Chaila Lounge" kafesi

Nizami rayonu, E.Süleymanov küç., ev 74C

Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi

16

Babayev Hafiz Şahin oğluna məxsus yeməkxana

Ağdam rayonu, Xındırıstan kəndi