"Ölkəyə virus və bakteriyaların daxil olmasının qarşısının alınması məqsədilə 23 ölkəyə əlavə idxal tələbləri müəyyənləşdirilib".
Foodinfo.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Aparat rəhbəri Elxan Mikayılov deyib.
Onun sözlərinə görə, təsərrüfatlarda aparılan monitorinqlərin elektron modulu hazırlanıb: "Artıq monitorinqlərin elektron izlənməsi mexanizmi qurulub. Bitki sağlamlığının izlənməsi istiqamətində ilk dəfə olaraq Milli Monitorinq planı hazırlanıb və icrası həyata keçirilir. 30-a yaxın zərərli orqanizmin risk analizi aparılıb. Bitkiçilik məhsullannın beynəlxalq ticarətinin asanlaşdırılması üçün bir sıra ölkələrlə qarşılıqlı əməkdaşlıq qurulub".