Son aylar Azərbaycanda enerji içkiləri ilə bağlı fəal müzakirələr aparılır. Press.az olaraq bu mövzu barədə qısa və tam araşdırma və açıqlamalar almağa qərar verdik. İlk öncə qeyd edək ki, zərərli deyildikdə yalnız enerji içkiləri deyil, hətta Kolanın, qəhvənində və yeyəcəklərin bir çoxunun zərərli olduğu hər kəsə aydındır. Məsələn: Kababın insan orqanizminə ziyanlı olduğu sübut edilib. Alimlərin apardığı araşdırma maraqlı nəticələr verib. Məlum olub ki, açıq odda yaxud közdə hazırlanan yeməklər insanlarda sətəlcəm, astma və digər ağ ciyər xəstəliklərinin yaranma ehtimalını 40-60 faiz artırır. Xülasə. Bu yaxınlarda enerji içkilərini aksiz dərəcəsi təyin olunan mallar siyahısına daxil edib, qiymətinin bahalaşması üçün ona əlavə aksiz vergiləri tətbiq edilməsi düşünülür. Qiymət artımı tətbiq etmək, insanların bu içkidən istifadə etməyəcəyi anlamına gəlmir. Axı adət etdiyimiz qəhvədə deyək ki, 10 fincan içsək, sağlamlığımıza xələl gətirə bilər. İndi yazdığımız bütün məlumatlar açıq mənbəələrdən götürülmüşdür. Avropada enerji içkiləri hələ xıı əsrdə məşhurluq qazanmışdır. Hər şey Almaniyada, rahibə Hildeqarda fon Bingen (digər adları Müqəddəs Hildeqard və Reyn Sivillasıdır) müxtəlif yarpaq, bitki və köklər əsasında ot araqları adlanan müalicəvi çaylar hazırlamağa başlamasından əmələ gəlmişdir. Əlbəttə, dad və canlandırıcı xüsusiyyətlərinə görə bu çayları müasir enerji içkiləri ilə müqayisə etmək olmaz, lakin Hildeqarda bütün otları elə qarışdırıb ki, onlar insanı həqiqətən özünü "qıvraq" hiss etməyə məcbur edib. Klassik anlamda ilk rəsmi enerji içkisi Lucozade içkisi hesab edilir. Enerji içkisi Nyukaslda (İngiltərə) 1927-ci ildə icad edilmişdir və o zaman o, Glucozade adlanırdı, çünki onu qlükoza siropunun əsasında hazırlayırdılar. Hətta o zamanlarda bu içkini rəsmi olaraq həkimlər tövsiyə ediblər. Onlar xəstəlikdən sonra bərpa dövründə olan hər kəsi "qlükozad"ı içməkləri üçün dilə tutublar. Və, 1929-cu ildə onun adında olan ilk hərf silinərək bu içki yeni adla 1985-ci ilə qədər uğurla satılıb. Maraqlıdır, insanlar arasında həmin vaxtlarda enerji içkisinin yalnız xəstəlikdən sonra özünə gələnlər üçün deyil, həm də prinsipcə gümrahlığa ehtiyacı olan hər kəs üçün faydalı ola bilər kimi istifadə edilib. Tarixlə gəlsək, belə qənaətə gəlinir ki, kiçik miqdarda enerji içkiləri sağlamlığa zərər vurmayaraq, hətta əksinə - orqanizmi faydalı maddələrlə zənginləşdirirlər. Xülasə. Dəyərli həkim Rəşid Mahmudov Press.az-a enerji içkiləri ilə bağlı açıqlamasında bunları qeyd etdi: "Bu içkilərin verdiyi güc müvvəqətidir. Bu içkilər daha çox idmançıların qəbul etdiyi zülallara bənzəyir. Gənclərimiz bu içkilərin qəbulunu azlatmalı (Norma üzrə günə 1 banka) və ya ümumiyyətlə qəbul etməməlidirlər. Bu içkiləri daha çox yaşlı insanların içməyi məsləhətdir. Təbii ki, norma daxilində. Çünki tərkibindəki melotonin maddəsi yaşlı insanlara müəyyən qədər enerji verir. Sadəcə enerji içkiləri deyil bu qazlı içkilərdə insan orqanizminə zərəri var. Çünki bir çoxunun istehsalında insan orqanizminə zərərli olan boyalarda istifadə olunur."- deyə Rəşid müəllim bildirdi. Enerji içkilərindən ölüm hallarına rast gəlinməsi ilə bağlı Press.az Səhiyyə Nazirliyi ilədə əlaqə saxladı. "Azərbaycanda enerji içkilərindən ölən olmayıb. Bizə bunla bağlı heç bir məlumat daxil olmayıb. Mətbuatda enerji içkilərindən ölənlərlə bağlı heç bir məlumat da dərc olunmayıb" - deyə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirildi. Bəs bu günki gündə enerji toniklərinin tərkibinə nə daxil edilir? Karnitin — insan orqanizminin hüceyrələrinin komponentlərindən biri, yağ turşularının oksidləşməsinə köməklik göstərir. Matein — aclıq hissini susdurur. Taurin — stressi aradan qaldıran və insana enerji verən amin turşusu. Quarana — hətta ən yuxulu insanı silkələyə biləcək tropik bitki. Jenşen— yorğunluqla, stresslə fəal mübarizə aparır, eləcə də insanı enerji ilə təmin edir. İnozit — qaraciyəri yağlar, karbohidratlar və zülalları daha səmərəli emal etməyə məcbur edən spirt növlərindən biri. Kofein – hər bir enerji içkisinin ən vacib komponentlərindən biri. Böyüklər üçün onun maksimal dozası sutkada - 400 mq, hamilələr üçün — 200 mq-dir. Bir banka enerji içkisində təxminən 80 mq və ya az miqdarda kofein olur. Yəni, bu, yetkin insan üçün sutkalıq normanın yalnız beşdə bir hissəsidir. Və bütün enerji içkilərinin üzərində sutka ərzində bir bankadan artıq içməyin tövsiyyə olunmadığı qeyd olunub. Yeri gəlmişkən, Ərzaq məhsullarının təhlükəsizliyi üzrə Avropa agentliyinin alimləri və Rusiya Səhiyyə Nazirliyinin V. P. Serbski adına Federal psixiatriya və narkologiya mərkəzinin ekspertləri hesab edir ki, ağlabatan dozada tonuslaşdırıcı alkoqolsuz içkilərin istifadəsi sağlam insan üçün təhlükəsizdir. Tarix və açıqlamalara görə belə qənaətə gəldik ki, gündəlik 1 banka enerji içkisinin ziyanından söz açıla bilməz. Rəşid müəllimində dediyi kimi, yaşlı insanlarında normada qəbul etməsi məsləhətdir. Sonda bir atalar sözünü diqqətinizə çatdırmaq istərik. Ən saf şey sudur dünyada, çox içəndə zərər verir o da.... Bizlər sizlərə tarixi və açıqlamalar alıb dərc etdik. İçib içməmək barədə qərar vermək isə, yalnız sizə məxsusdur.