Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən ölkəmizdə qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin fəaliyyətinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun təşkili məqsədi ilə keçirilən təlimlər davam etdirilir. Foodinfo.az xəbər verir ki, növbəti nəzəri-praktiki təlim AQTİ mütəxəssisləri tərəfindən "Al Market" Məhdud Məsuliyyətli Cəmiyyətin əməkdaşları üçün “HACCP planının tərtib edilməsi” mövzusunda təşkil olunub. Təlimdə iştirakçılara HACCP sisteminin yaranması, inkişaf tarixi, prinsipləri, üstünlükləri və faydaları haqqında ətraflı məlumat verilib. Bildirilib ki, HACCP qida təhlükəsizliyinin idarə olunması üçün mühüm əhəmiyyət kəsb edən, qida va yem məhsullarında təhlükə amillərinin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və nəzarəti sistemidir. Bu sistem qida zəncirinin bütün mərhələlərində iştirak edən müəssisələrə asanlıqla tətbiq oluna bilir. HACCP sisteminin effektiv işləməsini təmin etmək üçün isə əlavə müşahidə və təhlil də daxil olmaqla, yoxlamaların aparılması zəruridir. Həmçinin qaydalara riayət olunmasını əks etdirən bütün sənədlərin toplanması və işlək vəziyyətdə saxlanması vacibdir. Təlim zamanı HACCP planının tərtib edilməsinə dair nümunələr də göstərilib. Eyni zamanda mövzu ətrafında müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub. [gallery ids="53164,53165"]