Fast fud biznesində gəlirlərin yüksək olması məlum faktdır – istehsalın avtomatik, az qala konveyer üsulu ilə olması, bahalı qidaların istifadə edilməməsi maya dəyərini aşağı salır, tez hazırlanması və adətən turistik bölgələrdə satılması isə qiyməti artırmağa imkan verir.
xəbər verir ki, bir qədər əvvəl ixtisaslaşmış səhifələrdə ABŞ-da satılan hamburqerin qiyməti və onun hazırlanması üçün istifadə edilən qida məhsullarının maya dəyəri müqayisə edilib.
Göstərilir ki, ABŞ bazarında orta hesabla 9 dollara satılan hamburqerin hazırlanması üçün orta hesabla 1,86 dollar qida məhsulu sərf edilir.
Ənənəvi hamburqerin tərkibindəki qidalar və inqredientlər
Çörək – 0,52 dollar
Kahı – 0,12 dollar
Soğan – 0,01 dollar
Pomidor – 0,07 dollar
Mal əti – 1,05 dollar
Xardal – 0,03 dollar
Ketçup – 0,02 dollar
Mayonez – 0,04 dollar
Ümumi hazırlama xərci – 1,86 dollar
Restoranlarda bir hamburqerin orta qiyməti 9,0 dollar
Orta gəlirlilik m arjası – 384%
Hamburqerinqiyməti ilə bağlı aparılmış hesablama böyük maraq doğurub. Bununla yanaşı, bəzi istifadəçilər bildirib ki, hamburqerin qiyməti hesablananda təkcə qidaların maya dəyəri ilə müqayisə etmək doğru deyil. Burada icarə haqqı, personalın maaşı, konmmunl xərclər, vergilər və sair də nəzərə alınmalıdır.