“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanunu ölkə ərazisində insanların, həmçinin heyvanların həyat və sağlamlığının, habelə istehlakçıların hüquqlarının müdafiəsi üçün qida və yem məhsullarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı münasibətləri tənzimləyir. Bu Qanun “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq istehlakçıların hüquqlarının müdafiəsi sahəsində bir sıra münasibətləri tənzimləyir: Qida məhsullarının təhlükəsizliyi və keyfiyyəti sahəsində istehlakçıların hüquqlarının pozulmasına gətirib çıxaran və ya gətirib çıxara bilən hərəkətlərin qarşısının alınması; İstehlakçıları aldatmaqla barəsində saxta və (və ya) yalan məlumat verilən qida məhsullarının ilkin istehsalının, istehsalının, emalının və dövriyyəsinin qarşısının alınması; Qida məhsullarının istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçını aldadan hər hansı digər fəaliyyətin qarşısının alınması.
Agentlikdən Foodinfo.az-a bildirib ki, qanunda qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların reyestrinin aparılması və bu məlumatların vətəndaşlar üçün açıq olması ictimai nəzarətin daha da gücləndirilməsinə imkan yaradacaqdır.
AQTA vətəndaş cəmiyyətinin hər bir üzvünü istehlakçı olaraq, ictimai nəzarətdə fəal olmağa çağırır, ictimai nəzarət çağırışlarına həssaslıqla yanaşmağı tövsiyə edir. Vətəndaşlar qida sahəsində qarşılaşdıqları uyğunsuzluqlarla bağlı Agentliyin “1003 – Çağrı Mərkəzi”nə məlumat verə bilərlər.