Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.

Foodinfo.az-ın məlumatına görə, Agentlik əməkdaşları tərəfindən Abşeron rayonu, Saray qəsəbəsi, M.Əsədov küçəsi bina 69, mərtəbə 1 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Əliyev Ramin Məmməd oğluna məxsus “Saray Osmanlı” kafesində planlı yoxlama aparılıb. Yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi, işçi heyətin tibbi müayinədən keçmədiyi, üzərində markalanması və mənşəyi məlum olmayan qida məhsulları aşkarlanıb. Nöqsanlarla bağlı inzibati protokol tərtib olunaraq müəssisənin fəaliyyətinin dayandırılması ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib.

AQTA əhalinin sağlamlığının qorunması, təhlükəsiz qida məhsulları ilə təmin edilməsi və qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq tədbirlərini davam etdirir.