Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir. Foodinfo.az-ın xəbərinə görə, 13 fevral tarixində Agentlik əməkdaşları tərəfindən respublika üzrə fəaliyyət göstərən ət satışı və heyvan kəsimi məntəqələrində aparılan monitorinqlər zamanı  Bakı şəhəri  Şamaxı, Qazax, Xaçmaz rayonlarında bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 26 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb, məntəqədə yenidən bərpa edilmiş qanunsuz metal konstruksiyalar təkrarən sökülüb.