Ölkə ərazisində havanın tempraturu artıq kifayət qədər isinib. Bu məqam ərzaq məhsullarının saxlanmasına diqqətin daha da artması məsələsini gündəmə gətirir.
ARB TV-nin "Günə doğru" verilişində də ərzaq məhsullarının saxlanması barədə maraqlı süjet yayımlanıb.
Bu gün bəzi qida məhsullarının 30-35 dərəcə temperaturda günəş şüalarının altında satılması eləcə də bəzi yeyinti məhsullarının soyuducuda saxlanılmadan müştərilərə təqdim olunması müşahidə olunur. Təbii ki, yay aylarında tələbatın daha çox artdığı sərinləşdirici içkilərin və qidaların belə şəraitində satılması narahatlıq yaradan problemlərdəndir.
Sakin: "Təbii bulaq sularıdır deyib, hansısa göllərdən gətirirlər".
Plastik qablardakı sular açıq havada, xüsusilə isti şəraitdə qaldıqdan sonra standartlara cavab verib-vermədiyini bilmədən istifadə olunur. Əksər marketlərin və ya yay mövsümundə parklarda quraşdırılan su, meyvə şirəsi satan obyektlərinin qarşısında müxtəlif qablarda məhsulların, həmçinin ev şəraitində hazırlanmış ət, yumurta, süd, məhsulları ilə qatqılı məhsulların satışını görmək mümkündür. Bu işlə məşğul olan şəxslər bildirir ki, günəş şüası altındakı sərinləşidirici içkilər və qidalar sonradan vətəndaşlara satılmamalıdır.
Satıcı: "İsti halda yox, soyuqda saxlamaq lazımdır. İsti qalsa, zəhərlənmə olar. Vitrində olan suları satmaq olmaz".
Həkimlər bildirir ki, günəş şüası altında qalan plastik qablarda satılan suyun insan üçün zərərli olduğunu hesab edirlər. Amma buna baxmayaraq, bəzi satıcılar bu məsələnin ciddiyətini dərk etmir.
Əlniyaz Ramazanov (həkim): "Yayda küçələrdə suları paketlərdə qoyurlar. Bunlar insan səhhətinə problem yaradar. Bakteriyalar orqanizmə yeriyir".
Mütəxəssilər bildirir ki, açıq günəş şüaları altında saxlanılan su insan sağlamlığına mənfi təsir göstərir. Günəş şüalarının təsirindən plastik qablardakı kimyəvi birləşmələrlə suyun tərkibi birləşə bilər.