Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.

Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, nəzarət tədbirləri zamanı fiziki şəxs Süleymanov Ramin Zahid oğlunun Ukrayna Respublikasından idxal etdiyi toxumluq kartof məhsulundan Agentliyin müfəttişləri tərəfindən götürülən nümunələrin müayinəsi nəticəsində məhsul partiyasında karantin tətbiq edilən zərərli orqanizmlər - kartof yumrularında halqavari çürümə və kartof gövdə nematodu aşkar olunub.

Aşkar edilmiş faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. 44 ton toxumluq kartofun məhv edilməsinə dair müvafiq qərar qəbul edilərək məhsul partiyası məhv edilib.