Avropa və Aralıq Dənizi Bitki Mühafizəsi Təşkilatının (EPPO) Fransa Respublikasının Paris şəhərində 68-ci sessiyasında “Bitki sağlamlığında məsafədən zondlama” mövzusunda tədbiri keçirilib.
Tədbir iştirakçıları qlobal fitosanitar sahədə bir çox məsələləri müzakirə edib. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyini tədbirdə Bitki sağlamlığı və fitosanitar nəzarəti şöbəsinin müdiri Xəyalə Dadaşova təmsil edib. Agentliyin əməkdaşı təşkilatın maliyyə hesablarının yoxlanılması Komissiyasının işçi qrupuna səs çoxluğu ilə 3 il müddətinə üzv seçilib.
Qeyd edək ki, Respublikanın Baş fitosanitar müfəttişi daha öncə Rusiya Federasiyasının Bıkova şəhərində Mərkəzi və Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin, o cümlədən Bitki karantini üzrə Avropa və Aralıq Dənizi Təşkilatının (EPPO) ekspert qrupunun iclasının katibi seçilmişdi.