Avropa Statistika Ofisinin (Eurostat) Dünya Qəhvə Günü münasibətilə yaydığı məlumatlara görə, Avropa Birliyi (AB) daxilində keçən il təxminən 3 milyon ton qəhvə idxalı həyata keçirilib.
AB üzvü olan 28 ölkə, keçən il qəhvə idxalına ümumilikdə 8,7 milyard avro ödəyib.
İLK YERDƏ ALMANİYADIR
AB ölkələri arasında qəhvə idxalında birinci yeri Almaniya tutub. Almaniya ötən il 2 milyard 777 milyon avroluq qəhvə idxal edib.
Almaniyanın ardınca 1 milyard 622 milyon avro ilə Fransa, 1 milyard 335 milyon avro İtaliya gəlir.
ƏN ÇOX BRAZİLİYADAN ALINIB
AB üzvü olan ölkələr, 2017-ci ildə ən çox qəhvə idxalını Braziliyadan ediblər. AB-nin ümumi qəhvə idxalının 29%-i Braziliyadan həyata keçirilib.
Həmin dövrdə AB-nə Braziliya 840 min ton, Vyetnam 627 min ton, Honduras 211 min ton, Kolumbiya 188 min ton, Uqanda 149 min ton, Hindistan 148 min ton, İndoneziya 141 min ton və Peru 119 min ton qəhvə ixrac edib. (Marja.az)