Bu ilin yanvar-aprel aylarında Azərbaycan 73,3 milyon ABŞ dolları dəyərində 59 min ton pomidor ixrac edib.
Foodinfo.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 23,7 milyon ABŞ dolları (47,7%) və 17,1 min ton (40,9%) çoxdur.
Hesabat dövründə pomidor ixracı Azərbaycanın ümumi ixracının 1,2%-ni təşkil edib.