Gürcüstanda donuz qripinin yayılması ilə bağlı Azərbaycan Dövlət Gömrük Komitəsi və Səhiyyə Nazirliyi ilə birgə müvafiq tədbirlər görür. Bu sözləri  açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov deyib. O bildirib ki, Dövlət Gömrük Komitəsinin əməkdaşları Azərbaycana daxil olan avtomobilləri müxtəlif kimyəvi maddələrlə dezinfeksiya edirlər. Onun sözlərinə görə, Azərbaycan sərhədini keçən 867 nəfərdən nümunə götürülüb və nümunələrdə “donuz qripi” aşkarlanmayıb. O əlavə edib ki, əgər bu xəstəlik aşkarlanarsa, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda xəstəliyin qarşısının alınması üçün lazımi tədbirlər görülüb. Qida Təhlükəsizlik Agentliyinin mətbuat xidmətinin rəhbəri Mənsur Piriyev isə bildirib ki, H1N1 virusunun (donuz qripi) qonşu ölkələrdə yayılması ilə bağlı BMT-nin Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən müvafiq qaydada məlumat yayılıb. Mənbə: Oxu.Az