Mətbəxdə tez-tez rast gəlinən problemlərdən biri də ətin bişirilərkən sərt qalmasıdır. Bir neçə sadə qaydaya əməl etməklə ətin daha yumşaq və ləzzətli hazırlanmasına nail olmaq mümkündür.
Foodinfo.az xəbər verir ki, ətin marinad edilməsi ən təsirli üsullardan biridir. Qatıq, limon suyu, sirkə və ya soğan suyu ilə hazırlanan marinadlar ətin liflərini yumşaldaraq bişmə prosesini asanlaşdırır. Ətin ən azı bir neçə saat, daha yaxşı nəticə üçün isə gecədən marinadda saxlanılması tövsiyə olunur.
Digər mühüm məqam isə bişirmə temperaturudur. Ətin zəif odda və uzun müddət bişirilməsi liflərin tədricən yumşalmasına səbəb olur. Xüsusilə mal əti üçün bu üsul daha effektiv hesab edilir.
Bundan əlavə, duzlama vaxtına da diqqət yetirilməlidir. Ətin əvvəlcədən çox duzlanması onun sərtləşməsinə səbəb ola bilər. Bu səbəbdən duzun bişirməyə yaxın əlavə olunması daha məqsədəuyğun sayılır.
Ətin düzgün doğranması da vacib amillər sırasındadır. Lif istiqamətinə qarşı doğranan ət daha asan çeynənir və daha yumşaq hiss olunur.
Həmçinin mexaniki üsullardan, yəni ətin döyülməsindən istifadə etməyi də tövsiyə edir. Bu zaman ətin lifləri qırılır və nəticədə daha yumşaq tekstura əldə edilir.
Təbii yumşaldıcılar da alternativ üsullar arasında yer alır. Kivi, ananas və papaya kimi meyvələrin tərkibində olan fermentlər ətin yumşalmasına kömək edir. Lakin bu üsuldan istifadə edərkən vaxtın düzgün tənzimlənməsi vacibdir, əks halda ət həddindən artıq yumşalaraq dağılabilir.
Qeyd edək ki, bu sadə üsulların tətbiqi ilə ev şəraitində hazırlanan ət yeməklərinin keyfiyyətini əhəmiyyətli dərəcədə artırmaq mümkündür.






