Qızardılmış qidalar bir çox insanın gündəlik qidalanmasında yer alsa da, mütəxəssislər onların həddindən artıq istifadəsinin sağlamlıq üçün risk yarada biləcəyini bildirirlər.
Foodinfo.az xəbər verir ki, yüksək temperaturda qızardılan qidalar daha çox yağ çəkir və nəticədə kalori miqdarı artır. Bu isə artıq çəki və piylənmə riskini yüksəldir.
Tez-tez qızardılmış yeməklərdən istifadə ürək-damar xəstəlikləri, yüksək xolesterol, yüksək təzyiq, şəkərli diabet riskinin artması ilə əlaqələndirilir.
Xüsusilə eyni yağın dəfələrlə istifadə olunması sağlamlıq üçün daha zərərli hesab olunur. Belə hallarda yağın tərkibində zərərli maddələr yarana bilər.
Qızardılmış kartof, fast-food məhsulları və yağlı qəlyanaltıların həddindən artıq istehlakı həzm sisteminə də mənfi təsir göstərir. Bəzi insanlarda mədə yanması, köp, ağırlıq hissi yarada bilər.
Qidaların daha sağlam hazırlanma üsullarına üstünlük verməsi tövsiyə edilir. Məsələn: sobada bişirmə, buğda hazırlama, qaynatma üsulları daha faydalı hesab olunur.
Qızardılmış qidaları tamamilə həyatımızdan çıxarmaq vacib olmasa da, onların miqdarını azaltmaq və balanslı qidalanmaq sağlamlığın qorunması üçün mühüm rol oynayır.






