Bir çox insan limondan yalnız yeməklərin dadını yaxşılaşdırmaq üçün istifadə edir. Lakin alimlər bildirirlər ki, limonun daha vacib üstünlüklərindən biri də bəzi qida maddələrinin mənimsənilməsinə kömək etməsidir.
Foodinfo.az Harvard Health portalına istinadla xəbər verir ki, limonun tərkibindəki C vitamini bitki mənşəli qidalarda olan dəmirin mənimsənilməsini artırır. Bu xüsusilə vegetarian və vegan qidalanan insanlar üçün əhəmiyyətlidir.
Amerikalı dietoloq Joan Salge Blake bildirir ki, ispanaq, mərci və lobya kimi məhsulların üzərinə limon əlavə etmək dəmirin sorulmasını əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər.
Mütəxəssislər qeyd edirlər ki, dəmir çatışmazlığı dünyada ən geniş yayılmış qidalanma problemlərindən biridir. Bu səbəbdən sadə qida kombinasiyaları böyük əhəmiyyət daşıyır.
Araşdırmalara görə, limon yalnız dad vermir, həm də qidanın qida dəyərindən daha effektiv yararlanmağa kömək edir.






