Son illərdə sağlam qidalanma modelləri arasında ən çox diqqət çəkən sistemlərdən biri Aralıq dənizi pəhrizi hesab olunur. Bu qidalanma modeli balanslı tərkibi və faydalı məhsullara üstünlük verilməsi ilə seçilir.

Foodinfo.az xəbər verir ki, Aralıq dənizi pəhrizi əsasən, tərəvəz və meyvələr, zeytun yağı, balıq və dəniz məhsulları, paxlalılar, tam taxıllı qidalar üzərində qurulur. Bu sistemdə qırmızı ət və şəkərli məhsulların istifadəsi isə məhdudlaşdırılır.

Zeytun yağının əsas yağ mənbəyi kimi istifadə olunması və tərəvəzlə zəngin qidalanma ürək-damar sağlamlığına müsbət təsir göstərir. Eyni zamanda bu pəhriz antioksidantlarla zəngin olduğu üçün orqanizmin qorunmasına da dəstək verir.

Aralıq dənizi pəhrizi sağlam qidalanmaq istəyənlər, artıq çəkidən qorunmağa çalışanlar, ürək sağlamlığına diqqət edənlər üçün uyğun hesab olunur.

Bununla yanaşı, mütəxəssislər xüsusi sağlamlıq problemləri olan şəxslərə pəhriz dəyişikliklərindən əvvəl həkim məsləhəti almağı tövsiyə edirlər.