Ərik yay aylarında ən çox istehlak edilən meyvələrdən biridir. Şirin dadı və xoş ətri ilə seçilən bu meyvə eyni zamanda zəngin qida tərkibinə malikdir. Dietoloqlar onun gündəlik rasionda yer almasının faydalı ola biləcəyini bildirirlər.

Foodinfo.az WebMD portalına istinadla xəbər verir ki, ərik A vitamini öncülləri olan karotinoidlərlə zəngindir. Bu maddələr göz sağlamlığının qorunmasında mühüm rol oynayır.

Amerikalı dietoloq Jessica Cording qeyd edir ki, ərik həm də kalium mənbəyi hesab olunur. Kalium ürək və əzələ fəaliyyətinin normal işləməsi üçün vacib minerallardan biridir.

Mütəxəssislərin sözlərinə görə, ərikdə olan lif həzm sisteminin fəaliyyətinə müsbət təsir göstərir və bağırsaq sağlamlığını dəstəkləyir.

Araşdırmalar göstərir ki, bu meyvə aşağı kalorili olmaqla yanaşı, müxtəlif vitamin və minerallarla zəngindir. Buna görə yay aylarında sağlam qəlyanaltı kimi istifadə oluna bilər.